Əlaqə Arxiv
news Image
2012.07.30
12:34
| A A A
Cahangir Əsgərov: “Azərbaycan ağırlıqqaldırmada ilk olimpiya medalını qazandı”
"Azərbaycan ağırlıqqaldırmada ilk olimpiya medalını qazandı. Bunadək ağırlıqqaldıranlarımız Sidney, Afina və Pekin Olimpiadalarının hər birinə medala ümidli gediblər. Ancaq nədəncə bəxtimiz gətirmirdi". Bu fikirləri apasport.az saytının Londona ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Cahangir Əsgərov deyib. 

O, Londonda ilk Olimpiya medalımızı qazanan ağırlıqqaldıran Valentin Xristovun uğurunu yüksək qiymətləndirib.

Əsgərovun sözlərinə görə, təmsilçilərimiz bu idman növündə əvvəllər də medal qazanmağa layiq olublar: "Axır ki, ilk medalımızı qazandıq. Ağırlıqqaldıranımız "şeytanın qıçını sındırdı". İnanıram ki, bundan sonra uğurlarımızın sayı artacaq. Bu medal həm də Londonda ilk olmasına görə dəyərlidir". 

Xatırladaq ki, 56 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Valentin Xristov olimpiadanın bürünc medalını qazanıb.
 
Sizin Reklam Yeriniz