Amerikalı üzgüçü Dünya Və Olimpiada rekordu qırdı
Movqe.Az bildirir ki, 2012 London
Olimpiadasında qadınlar arasında 100 metrlik üzgüçülük yarışında
Amerikalı Dana Vollmer 56 saniyədə dünya və olimpiada rekordu qırıb
və qızıl medalın sahibi olub.
"Aquatics Center"də keçirilən finalda Amerikalı Dana Vollmer rekord qıraraq olimpiada çempionu olub.
Finalda ikinci sıranı 56,87 saniyəylə çinli Lu Ying, üçüncülüyü isə 56,94 saniyə ilə avstraliyalı Alisia Koutts tutub.