Əlaqə Arxiv
news Image
2015.01.17
23:00
| A A A
Asiya Kuboku: meydan sahibləri Cənubi koreyaya uduzdu

Asiya kubokunda qrup mərhələsinin son turu start götürüb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki , ilk 2 oyunda müvafiq olaraq Küveyt və Oman millisini məğlubiyyətə uğradan Avstraliya turnirin digər favoriti Cənubi Koreya Respublikası ilə qarşılaşıb. gərgin keçən mübarizənin taleyini 1 qol həll edib. 32-ci dəqiqədə fərqlənən Li Con-Hyop Koreya millisinə minimal hesablı qələbə qazandırıb. Bununla da, qrupda bütün oyunlarda 1 top vurub qol buraxmayan şərqi asiyalılar lider kimi 1/4 finala vəsiqə qazanıb.

Qrupun digər matçı növbəti mərhələ şanslarını itirmiş Oman və Küveyt arasında baş tutub. 69-cu dəqiqədə Əziz Əl Muqbəli Omana 1-0 hesablı qələbə qazandırıb.

Asiya kuboku, qrup mərhələsi

A qrupu

Avstraliya 0-1Cənubi Koreya Respublikası

Oman1-0 Küveyt



Sizin Reklam Yeriniz