Əlaqə Arxiv
news Image
2015.01.19
13:11
| A A A
La Liqada 19-cu tur: favoritlər qələbə qazandı

İspaniya Primerosunda 19-cu tura yekun vurulub. La Liqanın cari çempionu "Atletico Madrid" bu turda "Granada"nı sınağa çəkib. "Vicente Calderon"da keçirilən oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Mario Mandzukiçin penalti qoluna (34`) Raul Qarsia (88`) qarşılıq verib 2-0. Bununla "Atletico" turnir cədvəlində 3-cü pilləyə qayıdıb.

"Real Madrid" səfərdə "Getafe" ilə qarşılaşıb. İlk hissəsi qolsuz başa çatan oyunun ikinci yarısında qonaqlar 3 dəfə fərqlənməklə qalib gəliblər. Ronaldo (63`, 79`) və Qaret Beyl (67`) adını tabloya yazdırıb.

"Barcelona" isə "Riasor"da "Deportivo"nun qonağı olub. Katalon klubu müqavimət görmədən 3 xalı qazanıb. Messi (11`, 33`, 62`) dubla imza atıb. 83-cü dəqiqədə Sidney topu öz q1apısından keçirməklə yekun nəticəni müəyyənləşdirib 0:4.

Atletico Madrid 2-0 Granada

Getafe 0-3 Real Madrid

Deportivo 0-4 Barcelona

Sizin Reklam Yeriniz