news Image
2015.01.23
11:10
| A A A
"Everton" Eto`onu pulsuz buraxacaq

"Everton"un forvardı Samuel Eto`onun yaxın günlərdə "Sampdoria" klubuna keçidi rəsmiləşəcək.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, tərəflər kamerunlu futbolçunun pulsuz keçidini razılaşdırıblar. Genuya təmsilçisi 2.5 il müddətində hücumçunun məvacibi ilə yanaşı, hər nailiyyətə görə bonusunu da ödəyəcək. Bu şərtlər "Everton"la müqavilənin pozulması səbəbindən Eto`onun itirəcəyi maliyyə vəsaitini kompensasiya etməyə imkan verəcək.

Daha öncə təcrübəli hücumçunun məvacibin 30% azalmasına da razı olduğu, bunun əvəzində isə "Sampdoria"nın prezidenti Massimo Ferreronun futbolçu üçün film çəkəcəyi deyilirdi. Qeyd edək ki, Premyer Liqanın cari mövsümündə 14 dəfə meydana çıxan forvardın aktivində 3 qol, 1 məhsuldar ötürmə var.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs