Əlaqə Arxiv
news Image
2015.01.30
16:23
| A A A
FHN-in İdman-sağlamlıq klubu şahmat çempionatı keçirib

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu tərəfindən 26-30 yanvar 2015-ci il tarixlərində nazirliyin qurumları arasında şahmat üzrə çempionat keçirilibdir. Movqe.az xəbər verir ki, Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan çempionatda 26 komandadan 80-ə yaxın idmançı iştirak edib, yarış həm şəxsi, həm komanda hesabında İsveçrə sistemi üzrə keçirilibdir. Komandaların tərkibində 3 əsas və 1 ehtiyat oyunçu yer alıbdır.

Beynəlxalq dərəcəli hakim Bəxtiyar Rüstəmovun hakimi olduğu çempionatda yığılan xalların ümumi miqdarına görə qalib komanda və şəxslər müəyyən olunubdur. Belə ki, komanda hesabında 1-ci yeri Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, 2-ci yeri FHN-in Akademiyası, 3-cü yer isə Dövlət Yanğından Mühafizə Xidmətinin komandası tutubdur.
Şəxsi hesabda qaliblər belə müəyyən olunubdur:
- 1-ci yer - Ayaz Hüseynov ("İzotop" xüsusi kombinatı);
- 2-ci yer - Elçin Əsədov (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi);
- 3-cü yer - Zəfər Teymurov (Maddi-Texniki Təchizat İdarəsi).
Qalib gələn şahmatçılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif ediliblər.

















































































































Sizin Reklam Yeriniz