Əlaqə Arxiv
news Image
2012.08.09
11:36
| A A A
Azərbaycan daha bir gümüş qazandı!

Azərbaycan 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal şansını yenə əldən verib. Lent.az-ın məlumatına görə, bu dəfə qadın güləşçimiz Mariya Stadnik finalda uduzub. 

24 yaşlı idmançı həlledici görüşdə son 2 dünya çempionatının qalibi Hitomi Obaraya (Yaponiya) məğlub olub. Hərçənd, Stadnik qarşılaşmaya fəal başlayıb. Ardıcıl fəndləri uğurla yerinə yetirən güləşçimiz fasiləyə 4:0 hesablı üstünlüklə çıxıb. İkinci hissənin əvvəlində Obara hesabda irəli çıxıb və sonadək üstünlüyünü qoruyub – 1:0. Həlledici hissədə isə yaponiyalı pəhləvan iki ardıcıl fəndlə üstünlük əldə edib – 2:0. 
Beləliklə, Mariya Stadnik ardıcıl 2 olimpiadada qızıl medal qazana bilməsə də, medalının əyarını yüksəltməyi bacarıb. Bununla da ölkəmizin aktivindəki medalların sayı 4-ə çatıb. Daha öncə yunan-Roma güləşçimiz Rövşən Bayramov (55 kq) da gümüş medal qazanıb. Ağırlıqqaldıranımız Valentin Xristov (56 kq) və digər yunan-Roma güləşçimiz Emin Əhmədov (74 kq) bürünc medalla kifayətlənib. Bununla yanaşı, boksçularımız Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinala yüksəlməklə, ən azı bürünc medalı təmin ediblər.

Sizin Reklam Yeriniz