Əlaqə Arxiv
news Image
2012.08.13
12:40
| A A A
London olimpiadası rəsmən başa çatdı - FOTOLAR
2012-ci il London Yay Olimpiya Oyunları rəsmən başa çatıb. Lent.az-ın məlumatına görə, bu məqsədlə Böyük Britaniya paytaxtındakı Olimpiya stadionunda bağlanış mərasimi təşkil olunub. 
Mərasim zamanı "Muse", "Spice Girls", "Beady Eye", gitaraçı Brayan Mey və digərləri çıxış ediblər. Bağlanışın əsas mövzusu Britaniya musiqisi olub. Tədbirin sonunda olimpiya məşəli söndürülüb və ardından "The Who" qrupu çıxış edib. 
Olimpiada iyulun 27-dən avqustun 12-dək davam edib. Qeyri-rəsmi komanda hesabında ABŞ 46 qızıl, 29 gümüş, 29 bürünc medalla birinci yeri tutub. İkinci yerə 38 qızıl, 27 gümüş, 22 bürünc medalla Çin, üçüncü yerə 29 qızıl, 16 gümüş, 19 bürünc medalla Böyük Britaniya layiq görülüb. Azərbaycan isə 2 qızıl, 2 gümüş, 6 bürünc medalla 30-cu olub. 
Qeyd edək ki, növbəti Yay Olimpiya Oyunları 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil ediləcək. Bağlanış mərasimi zamanı London meri Boris Conson olimpiya bayrağını Rio merinə təslim edib.















Sizin Reklam Yeriniz