Əlaqə Arxiv
news Image
2012.08.14
18:39
| A A A
Himn oxumayan futbolçularla bağlı açıqlama
Yoahim Löv: “Almaniya Futbol Federasiyası belə bir tələblə çıxış etməyib”

Almaniya millisinin baş məşqçisi Yoahım Löv komandanın bəzi futbolçularını ölkə himnini oxumağa məcbur etməyəcək. Lent.az-ın məlumatına görə, bu barədə 52 yaşlı mütəxəssis avqustun 15-də Argentina ilə keçirəcəkləri yoldaşlıq görüşü öncəsi açıqlama verib. 

O, əslən başqa ölkələrdən olan Məsut Özil, Sami Xedira, Jerom Boatenq və Lukas Podolskinin Almaniya himnini oxumamalarını anlayışla qarşıladığını bildirib. Lövün sözlərinə görə, Almaniya Futbol Federasiyası da belə bir tələblə çıxış etməyib. Himni oxumağın yığma oyunçularının çıxışlarına müsbət və ya mənfi təsir etmədiyini vurğulayan təcrübəli mütəxəssisin fikrincə, bu yöndə mübahisələrdə bəzi futbolçuların əsl alman olmadığına dair yanaşmalar çox yanlışdır. 
Qeyd edək ki, Almaniya yığmasında forma geyen oyunçuların himni oxumaması sonuncu dəfə 2012-ci il Avropa çempionatında gündəmə gəlib. Bəziləri Məsut Özil, Sami Xedira, Jerom Boatenq və Lukas Podolski kimi əslən başqa ölkələrdən olan futbolçuların himn çalınarkən səssiz qalmasını narazılıqla qarşılayıb. Hətta Almaniya mətbuatında da bu məsələ qabardılıb.

Sizin Reklam Yeriniz