Əlaqə Arxiv
news Image
2015.04.01
15:15
| A A A
"İnter”in adı dəyişib “Keşlə” ola bilər

"Biz klublarda Müşahidə Şurasını tətbiq etməyə çalışırıq. İnanmıram ki, "Simurq" dağılsın". Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.Assosiasiya rəhbəri "İnter" və "Simurq" klublarının gələcəyi ilə bağlı açıqlama verib. Abdullayev bildirib ki, Bakı təmsilçisinin prezidenti Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsindən istefa versə də, komanda Premyer Liqada yeni adla mübarizə apara bilər: "İnter" xarici addı. Mən təklif edirəm ki, bu klubun adı dəyişilib "Keşlə" olsun. "Bakı"nın adı "Xırdalan Bakı" olsa, gör nə qədər adam gələr. "Neftçi" ümumi addı. Mən "Neftçi"də işləyəndə görürdüm ki, hamı oyuna gəlir. Zorla gözəllik olmaz. Futbolun inkişafı üçün öncə azarkeş olmalıdı. Təəssüf ki, şirkətdən asılı klublar bir-bir əldən gedir. Bir "Neftçi"di ki, dövlətin hesabına yaşayır. Qalanları cavan klublardı. "Turan", "Kəpəz" yaşlı klub olsa da, indi yaxşı durumda deyil. Çünki orda ictimai dəstək yoxdu. Hərə bir manat versə, orda 500 min pul edər. Deməli, ictimailəşdirə bilmirlər. Hamı futbol tələb edir. Amma vəziyyətdən çıxmaq üçün əziyyət çəkmək lazımdı, dəstək olmalıdı. Futbolda proseslər 10 illərlə keçir. Türkiyədə Turqut Özalın dövründə inkişaf oldu. Çünki sistemli iş görülürdü. Amma indi geriləyirlər".

Sizin Reklam Yeriniz