Moskvanın “Spartak” komandası pərəstişkarının “Fənərbaxça” ilə matçda hərəkətlərinə görə cəzalandırılacaq
Moskvanın "Spartak" futbol komandasının
pərəstişkarının Türkiyənin "Fənərbaxça" ilə Çempionlar Liqasındakı
matçda hərəkətlərinə görə Rusiya klubu cəzalandırılacaq.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Moskvanın Lujniki stadionunda keçirilən matçda UEFA-nın reqlamentini pozaraq Rusiya fantları pirotexniki vasitələrdən istifadə edərək fayer-şou təşkil ediblər. 2010-cu ildə UEFA "Spartak" komandasına Polşanın "Jilina" ilə matçdan sonra baş vermiş iğtişaşlardan sonra xəbərdarlıq etmişdi. Sınaq müddəti başa çatmadan Rusiya fanatları təkrar UEFA-nın qaydalarını kobud şəkillidə pozublar. Bununla yanaşı "Spartakın" 20 nəfərə qədər fanatı maçdan qabaq Moskvanın mərkəzində olan barda 12 nəfər "Fənərbaxça" tərəfdaşlarına hücum ediblər. Daha bir toqquşma matçdan sonra baş verib.
UEFA-nın inzibatı-nəzarət komissiyası "Spartak" klubu ilə bağlı məsələyə növbəti iclasında İsveçrədə baxacaq. UEFA Rusiya klubuna xəbərdarlıqdan başlayaraq lisenziyanı geri çağırmağa qədər cəza tətbiq edə bilər.