Əlaqə Arxiv
news Image
2012.09.17
20:18
| A A A
Lionel Messidən yeni rekord

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi yeni bombardirlik rekordu müəyyənləşdirib. Lent.az-ın məlumatına görə, La Liqanın ötən turunda "Xetafe"nin qapısından 2 top keçirən argentinalı hücumçu 2012-ci ildə hesabındakı qolların sayını 61-ə çatdırıb.

O, qollarından 52-ni "Barsa"nın, 9-nu Argentina millisinin heyətində vurub. Təqvim ilində qol sayında əvvəlki nailiyyət də 2010-cu ildə Messi tərəfindən müəyyənləşdirilib. Bu rəqəm 60 olub.
Qeyd edək ki, "Barselona" "Xetafe"ni 4:1 hesablı məğlubiyyətə uğradıb.

Sizin Reklam Yeriniz