Əlaqə Arxiv
news Image
2012.09.18
14:39
| A A A
Azərbaycan çempionatında növbəti qalmaqal

"Bakılı"nın baş məşqçisi və inzibatçısına 5 oyunluq cəza verildi.

Azərbaycan çempionatının I divizionunda "Bakılı" və "Qala" komandaları arasında keçirilmiş II tur matçında qalmaqal baş verib. Lent.az-ın məlumatına görə, matç zamanı "Bakılı"nın 5 futbolçusu sarı vərəqə alıb.
33-cü dəqiqədə "Qala"nın oyunçusu Yevgeni Myakov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. 86-cı dəqiqədə "Bakılı"nın inzibatçısı Babək Mahmudov hakimi, görüşdən sonra isə komandanın baş məşqçisi Asəf Namazov hakim-inspektoru təhqir edib.
Xoşagəlməz olaylara AFFA İntizam Komitəsinin növbəti iclasında baxılıb. "Bakılı" üst-üstə 1100 manat, "Qala" isə 20 manat cərimələnib. Cərimələrdən hərəyə 500 manat olmaqla, Mahmudovla Namazovun "pay"ına düşüb. Daha 100 manat 5 cəzalı futbolçulardan ötrü ödəniləcək. Eyni zamanda, "Bakılı"nın inzibatçısı ilə baş məşqçisi növbəti 5 oyunda cəzalı duruma düşüb.
Qeyd edək ki, görüş "Qala"nın qələbəsi ilə nəticələnib – 3:1.

Sizin Reklam Yeriniz