Əlaqə Arxiv
news Image
2012.10.03
20:38
| A A A
İtaliya Futbol Federasiyasının ofisində axtarış aparılıb
İtaliya Futbol Federasiyasının (FİGC) Roma şəhərindəki ofisində və "Napoli" klubunun bazasında polislər axtarış aparıb.
Lent.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarının əsas diqqəti "Napoli"nin transfer fəaliyyəti ilə bağlı sənədlərə yönəlib.
Polislər sənədlərin bir hissəsini, o cümlədən, klubun maliyyə hesabatını, futbolçuların müqavilələrini və oyunçuların agentləri ilə sövdələşmələri götürüb.
"Napoli" İtaliya futbolunda 2012-ci ilin mayında danışılmış oyunlarla bağlı başlanan genişmiqyaslı araşdırmalar zamanı hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. İyulun əvvəllərində klub prezidenti Valter Matsarri, habelə bir qrup oyunçu dindirilib. İtaliya polisi "Napoli"nin iştirakı ilə 2010-2011-ci il mövsümündə keçirilmiş matçlardan şübhələnir. Həmin vaxt komanda İtaliya A seriyasını 3-cü pillədə başa vuraraq, Çempionlar Liqasına vəsiqə qazanıb.
Qeyd edək ki, bu mövsüm "Napoli" ikinci pillədə qərarlaşıb. Neapol komandası 6 oyundan 16 xal yığıb.
Sizin Reklam Yeriniz