news Image
2012.04.15
17:47
| A A A
“Burada nə Rusiyanın şaxtası var, nə də Azərbaycanın istisi”
Azərbaycan futzal yığmasının üzvü Nilson Dos Santos Maşadu Ukrayna mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Biro Jade kimi tanınan milliləşən braziliyalı "Uraqan" (İvano-Frankovsk) klubundakı durumundan danışıb.

- Turnir cədvəlindəki 3- yer komandanızın oyun səviyyəsinə uyğun gəlir?

- Bizim xoşagəlməz 3 oyunluq məğlubiyyət seriyamız oldu. Bu itkini qismən səfər qələbəsi ilə unutdurduq. Ümumilikdə isə 2012-ci ildə komandada stabillik çatmır. İndi vəziyyət düzəlmək üzrədir. Amma müdafiədəki oyun heç ürəkaçan səviyyədə deyil. Həddən artıq qol buraxırıq. Müdafiədə daha az səhv etməliyik. Onda nəticə olacaq. Çempionatda "Uraqan" qədər zədələrdən əziyyət çəkən ikinci komanda yoxdur. İki ay ərzində 8 oyunçumuz zədələndi. Bunun nəticəsidir ki, mövsümün startındakı heyətdən yalnız 3 nəfər Serjao, Karlinyos Yevgeni Valenko indi əsas heyətin üzvləridir.

- Siz zədəlilər sırasında idiz. 39 yaşda yenidən meydana qayıdacaqsınız, yoxsa elə yalnız məşqçi kimi davam edəcəksiniz?

- Məqsədim, xəyalım oynamaqdır. Lakin məşqçiliklə bağlı da planlarım var. İndi baş məşqçi Sergey Qupalenkonun köməkçisiyəm. Amma oynamaq da istəyirəm. Çünki başım işləyir, bədənim oynamaq arzularıma cavab verir. Hələ 2-3 il oynayacağam. Bunun üçün ilk növbədə formamı bərpa etməliyəm. Mayın sonunda meydana qayıtmağı düşünürəm.

- Bu, o deməkdir ki, Ukrayna kubokunun "Dördlər finalı"nda meydana dönəcəksiniz. Lakin bunun üçün komanda 1/4 final səddini adlamalıdır...

- Bəli, bunun üçün "Kardinal-Rovno"nu keçməliyik. Qayıdışıma gəlincə, oynamağa hazır olmadığımı görsəm ya yenidən zədələnmək ehtimalım olsa, dönüşüm növbəti mövsümədək təxirə salınacaq. Lakin bir daha deyim ki, mən oynamaq istəyirəm.

- Hələ bir neçə mövsüm oynamaq istədiyinizi dediniz. Elə "Uraqan"da qalmaq fikrindəsiniz?

- Mən əməkdaşlığın davam etdirilməsinə hazıram. Mayın sonunda indiki müqaviləm başa çatır. Hər şey rəhbərliyin qərarından asılıdır. Lakin qəti şəkildə deyə bilərəm ki, mənim üçün bütün variantlar arasında ilk pillədə "Uraqan" duracaq.

- Neçə illərdir həmyerliniz Serjao ilə cütlük təşkil edirsiniz. Bu tandemi gələn mövsüm komandada görmək şanslarını necə dəyərləndirirsiniz?

- 4 ildir birlikdə çıxış edirik. Bizdə heç pis alınmır, oyunumuzda sinxronluq var. Bunu nəzərə alsaq, ikimizin komandada qalmasını istəyərdim. Lakin yollarımız ayrılsa, Serjaoya hansı kluba keçməsindən asılı olmayaraq, ona uğurlar arzulayacağam.

- Son 2 mövsümdə sizi saymaqla, "Uraqan"da 7 braziliyalı çıxış edib. Sizin üçün komandada həmyerlinizin olması dərəcədə vacibdir?

- Mənim üçün çox vacibdir. Axı dilimiz, ənənələrimiz eynidir. Karyeramda elə vaxtlar olub ki, komandamda yeganə braziliyalı mən olmuşam. Əsas odur ki, komanda yoldaşların sənə, sən onlara hörmətlə yanaşasan. Lakin təbii ki, həmyerlilərinlə oynamağın daha yaxşıdır.

- "Uraqan"ın braziliyalıları boş vaxtlarını necə keçirir?

- Çox vaxt bir yerdə oluruq. Adətən qaçışla məşğuluq. Birlikdə Braziliya milli yeməkləri hazırlayırıq. Şəxsən mənə Karlinyosla birlikdə akustik elektro-gitarada ifa etmək ləzzət verir. Lakin bu, o demək deyil ki, yalnız öz aramızda ünsiyyət qururuq. Yaşadığım evin qonşuları ilə get-gəlimiz var. Burda yaşadığım müddətdə görürəm ki, ukraynalılar ünsiyyətcil insanlardır.

- İvano-Frankovskda sizin üçün xüsusi istirahət yerləri var?

- Ailəmlə birlikdə pitza restoranını sevirik. Bundan başqa şəhər parkında gəzişir, velosiped sürürük, akvaparka gedirik. Adətən bunu istirahət günləri edirik.

- Karyeranız ərzində Rusiya, Qazaxıstan, Azərbaycan Ukraynada oynamısınız. Ailəniz üçün Ukraynada yaşamaq deməkdir?

- Mənim üçün fövqəladə dərəcədə vacibdir ki, ailəm yanımda olsun. Həyat yoldaşım Katerina mənə çox kömək edir. Böyük qızım Ukraynada məktəbə gedir. İl yarımda buranın məişətinə öyrəşmişik. Buradakı arxitektura xoşuma gəlir. Bir ki, iqlim. Ukraynada Rusiyanın şaxtası var, Azərbaycanın istisi. Məni təəccübləndirən odur ki, İvano-Frankovsk belə balaca şəhərdir, burada hamı bir-birini tanıyır. "Uraqan"ın azarkeşləri isə möhtəşəmdir. Karyeram ərzində belələrini görməmişəm.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs