Əlaqə Arxiv
news Image
2012.04.15
18:50
| A A A
«Pelenin Messi barəsində dedikləri axmaqlıqdır!»

Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əhli" klubunun argentinalı baş məşqçisi Dieqo Maradona Pelenin "Barselona"nın hücumçusu Lionel Messi barəsində dediklərinə münasibət bildirib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, Pele bu günlərdə deyib ki, dünyanın ən yaxşı hücumçusu Messi yox, Braziliya "Santos"unun oyunçusu Neymardır: "Messi yalnız təcrübəsinə görə Neymardan üstün ola bilər". Maradona isə Pelenin fikirlərinə cavab olaraq bunları bildirib: "Bu, axmaq fikirdir. Əlbəttə, Neymarı dünyanın ən yaxşı oyunçusu hesab etmək olar. Amma bu, yalnız o halda mümkündür ki, Messiyə başqa planetdən olan futbolçu desinlər".

Sizin Reklam Yeriniz