Əlaqə Arxiv
news Image
2015.10.20
12:58
| A A A
Fransalı hücumçu karyerasını başa vurdu

Fransa millisinin keçmiş hücumçusu Cibril Sisse futbol karyerasına nöqtə qoyub.Movqe.az Goal.az-a istinadən məlumat verir ki, 34 yaşlı futbolçu bunu televiziya kanallarından birində açıqlayıb.

"İndi yüksək səviyyəli futbol göstərməyə imkanım yetmir. Yanvarda əməliyyat olunmalıyam. Çanaq nahiyəmdə protez yerləşdirilməlidir. Bədənimə qulaq asmalıyam. Bəli, futboldan gedirəm" - Sisse deyib.

Təcrübəli futbolçu 2005-ci ildə "Liverpool"un heyətində Çempionlar Liqası və UEFA Superkubokunun qalibi olub. O, "Auxerre", "Marseille", "Lazio" və "Panathinaikos" kimi klublarda da çıxış edib. Fransa milli komandasının heyətində 41 oyuna çıxan Sisse 9 qolun müəllifi olub.


Sizin Reklam Yeriniz