news Image
2012.11.08
17:38
| A A A
Çin əjdahası Brüs Li

1940-cı ilin səhərində Çin təqviminə görə Əjdaha ilində San Fransiskoda anadan olan Brüs Linin əsl adı Brüs Jun Fen Lidir. Atası və anası, Çin operasında aktyor idi. Anası Qreysin sözlərinə görə, ona bir Amerikan adı verməyi fikirləşmirdi. Xəstəxanada işləyən həkimlərdən biri bu körpəyə Brüs deməyə başladı buna görə də anası bu adı dəyişdirməyib ona Brüs adını verdi. Bundan sonra adı Brüs Li oldu. Ailə çox qısa bir müddət sonra Honq Konqa geri döndü. Ailəsi, onun Kunq Fu öyrənməsini istədilər. 6 yaşı olanda da o tündxasiyyət idi. Brüs Honq Konqda film karyerasına 8 yaşında başladı. Li  küçə döyüşündə məğlub olmamaq üçün Kunq Funu öyrənməyə başladı. 1954-də məşhur Kunq Fu Ustası Sifu Yip Manın şagirdi oldu və Vin Çun sistemini öyrənməyə başladı. Sonrakı vaxtlarda Vin Çun sisteminə boks işlərini də əlavə etməyə başladı.

Atasının son filmində rejissor onu setdə gördü və o rejissorun çox xoşuna gəldi və ona bir rol təklif etdi. Bu Brüsün gələcəkdəki film karyerasınnı başlanğıcı oldu. Bir müddət sonra Brüs ABŞ-a gedir. Vaşinqton Universitetinin Fəlsəfə Hissəsinə yazılır. Rəqs tarazlığı saxlamağı öyrəndi. Ən sevdiyi rəqs olan "Ça Ça Ça" rəqsində Honq Konq çempionu seçildi. 19 yaşı olanda küçə döyüşlərində daha da fəal oldu. Beləliklə 1959-cı ildə ailəsi onu liseyi bitirmək üçün Amerikada yoldaşlarının yanına göndərməyə qərar verdi. Liseyi qurtarıb Vaşinqton Universitetinə girdi və gecələri restoranda işləməyə davam etdi. 22 yaşı olanda "Çin Kunq Fusu" adlı kitabını nəşr etdi. Bir tərəfdən məktəbə davam edərkən, bir tərəfdən də Amerikalılara Çin Mədəniyyətinin zənginliyini izah etmək üçün o günə qədər Çinlilərdən başqasına öyrədilməsi qadağan olan olan Kunq Fu dərsləri verməyə başlayır. Bu məqsədlə öz adını daşıyan JUN FEN KUNG FU adında bir məktəb açır. Bu idman məktəbi 1963-cü ilə qədər açıq qaldı. 1964-ci ildə Linda Emeri adlı qızla evləndi.Bir müddət sonra Kaliforniyaya köçdülər. 1965-ci ildə oğulu Brandon Li oldu. Bir neçə il sonra qızı Şannon dünyaya gəldi. Li daha sonra Oaklandda ikinci məktəbini açdı. Burada geniş bir kütləyə, Amerikalılara yad olan bu sənətin nə qədər geniş məzmunlu və dərin fəlsəfəyə sahib olduğunu isbat etdi. 

Maraqlı hadisələrdən biri odur ki, Brüs ilk dəfə olaraq əcnəbilərə Kunq fu döyüsünü öyrədən şəxs olub.Lakin bu ona heçdə asan başa gəlməyib.Çin üstadları heç bir zaman bu döyüş növünün  əcnəbiler tərəfindən öyrənilməsinə razı olmayıblar.Brüs Li nin məktebindən xəbər tutan üstadlar ona xəbərdarllq məktubu göndərmiş və məktəbin təcili surətdə bağlanılmasını tələb etmişdilər.Lakin , genc üstad onların bu fikri ile razı deyildi.Brüs onlara maraqlı bir teklif göndərdi.Üstadlara meydan oxuyan gənc döyuşçü onlardan biri ilə döyüşmək istədiyini ve qalib gələcəyi təqdirdə öz məktəbinə dair olan söz söhbətlərə son qoyulmasını tələb etdı.Onun bu istəyi Çin ustadları tərəfindən qəbul edildi.Çox kəçmədən Amerikaya bir döyuşçü gondərilidi.Mehz bu döyuşçü Brüs ilə meydana çıxmalı idi.Heyat yoldaşı Linda Emerinin  də izlədiyi bu doyüş cox maraqlı bir qədər də gülməli idi.İlk saniyələrdən Brüsün gücünü hiss edən çinli  üstad ,döyüşmək əvəzinə sag sola qaçmaga başladı.Qisa qovalamacadan sonra rəqibi sıxışdıran Brüs onu təslim olmağa məcbur etdi.Beləliklə de o əcnəbilərə dərs kəçməyə haqq qazanmış oldu.Daha sonrakı illərdə Kung Fu döyüşünün əlavələrə ehiyaci oldugunu fikirləşən  Brüs ,digər şərq döyüşlərinin texniki hərıəkətlərindəndə   istfadə edərək  "Jit Kun Do" döyüş növünü yaratdı.

İlk uzun metrajlı filmi Çinli prodüser Raymond Çou yeni qurduğu film şirkəti Qoldan Harvestla çəkilən filmidir. Film Honq Konq və cənub-şərq Asiya bölgəsində indiyə qədərki ən çox satılan film. 1970-ci illərdə Hollivud ilə Honq Konqdan ona inanılmaz təkliflər gəldi. Bu illərdə kürəyindən çox ciddi zədə almışdı.

Həkimlər ona döyüş sənətin əl çəkməsini və yaxşılaşması üçün yataqdan çıxmaması lazım olduğunu söylədilər. Bu dövr Brüs Linin həyatında ən pis dövrlərindən biriydi. 6 ay yataqda qaldı.Bu zaman "Cit Kun Do Tao" adlı kitab yazmağa başladı. Amma axıra çatdıra bilmədi. Kitabını ölümündən sonra arvadı tamamladı

Brüs Li çəkildiyi filmlərlə Kunq Funu bütün dünyada məşhur etdi. Eskrima ustası Dan Inosanto, Linin xüsusi stili Jit Kun Donun qətiyyən göstəriş üçün olmadığını, əksinə çox həqiqi, bədən hərəkətlərinin funksiyasına uyğun bir idman olduğunu söyləyərdi. Linin bütöv bir idmançı olduğunu, Jit Kun Donun da həqiqi döyüş sənəti olduğunu, bununla yanaşı Brüs Linin də çox yaxşı bir aktyor olduğunu, döyüş sənətini fantastik bir şou olaraq tamaşaçıya sərgiləməyi bacara bildiyini söyləyərdi.

Brüs Linin üçüncü filmi "Əjdahanın yolu" oldu. Bu filmdə Linin yanında köməkçi aktyor olaraq Amerikada yeddi dəfə karate çempionu olmuş Çuk Norris çəkildi. Filmin final mübarizəsində isə sanki Karate və Jit Kun Donun mübarizəsi göstərilirdi. Brüs Linin hər filmində bir yenilik vardı.Daha sonra  Brüs, Lin Dan İnosantio və Kərim Abdül Cabbar ilə "Ölüm Oyunu" filmində də çəkildi. Amerikan filmlərində baş rol oynamağı çox istəyən ancaq bunu bacara bilməyən Li, dördüncü filmini çəkərkən Amerikalı prodüserlərdən baş rol oynayacağı bir film təklifi gəldi. Buna görə sənətçi "Ölüm Oyunu" filmini yarıda qoyaraq, Çin Amerikan ortaq istehsalı olan "Əjdahaya Giriş" filminə çəkildi. Amerikan Kinosunda və Uzaq şərq filmində super ulduzla çevrilən Li "Ölüm Oyunu" adlı filmini tamamlamadan vəfat etdi. 20 iyul 1973-cü ildə Brüs Linin ölümü tragediya olaraq qaldı. Fiziki sağlamlığının insanlar tərəfindən çox yaxşı olduğu bilinirdi. Ölüm səbəbinin təbii səbəblərdən ola biləcəyi düşünülürdü.Onun ölüm səbəbinin nə olduğu günümüzя qədər məlum deyil.