Əlaqə Arxiv
news Image
2012.11.09
11:27
| A A A
Namizədlər dəyişdirildi

AFFA Hakimlər Komitəsi 2013-cü il üçün FİFA referisi adına Fariz Yusifov və Vüsal Əliyevin namizədliyini irəli sürməyib. Fanat.az xəbər verir ki, onların yerinə gənc hakimlər Əliyar Ağayev və Rəhim Həsənovun adları salınıb.

Bu barədə komitədən məlumat verilib. Məlumata görə, Yusifov və Əliyevin siyahıya salınmamasına səbəb onların yaşlarının çoxluğu və ingilis dili bilikləri ilə bağlı problemlərinin olmasıdı.

UEFA Hakimlər Komitəsinin noyabrın sonlarında keçiriləcək iclasında azərbaycanlı yeni hakimlərin namizədliyinə baxılacaq. Əgər onların namizədliyi təsdiqlənsə, gələn ildən Əliyar Ağayev və Rəhim Həsənov FİFA referisi adını alacaq.

trend

Sizin Reklam Yeriniz