Əlaqə Arxiv
news Image
2012.11.12
14:55
| A A A
Qalatasaray tilsimi qırdı
Bu axşam Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində IV tura yekun vurulub.
Son oyun günündə daha 8 qarşılaşma baş tutub.
E qrupunda İtaliya nəhəngi "Yuventus" doğma meydanda Danimarkanın "Nordsjaelland" komandasını qəbul edib bə rəqibinə heç bir şans verməyib - 4:0. Digər oyunda "Şaxtyor" səfərdə "Çelsi"nin qonağı olub və 2:3 hesabı ilə uduzub.
F qrupunda Almaniyanın köklü klublarından olan "Bavariya" evdə son Fransa çempionu "Lill"lə qarşılaşıb. Görüş Münhen təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb - 6:1. İspaniyanın "Valensiya" klubu doğma azarkeşləri önündə BATE ilə üz-üzə gəlib və görüşdən məğlub ayrılıb - 2:4.
G qrupunun lideri "Barselona" klubu Şotlandiyaya səfər edib. Kataloniya təmsilçisi burada "Seltik"lə münasibətlərinə aydınlıq gətirib və rəqibinə 1:2 hesabı ilə məğlub olub. Moskva "Spartak"ı isə Portuqaliyada "Benfika"nın qonağı olub. Görüş "Benfika"nın inamlı qələbəsi ilə başa çatıb - 2:0.
H qrupunda Türkiyənin "Qalatasaray" klubu Rumıniyada "ÇFR Kluj" komandası ilə üz-üzə gəlib. Son Türkiyə çempionu turnirdə ilk qələbəsini qazanıb - 3:1. Portuqaliyanın "Braqa" klubu doğma azarkeşləri önündə "Mançester Yunayted" komandasını sınağa çəkib. "Braqa" hesabı açan tərəf olsa da, sonda meydanı məğlub tərk edib - 1:3.
Sizin Reklam Yeriniz