Əlaqə Arxiv
news Image
2012.11.24
10:57
| A A A
"Ronaldo ilə yarışmıram"

"Barselona" klubunun hücumçusu Lionel Messi yenidən maraqlı açıqlamaları ilə diqqət çəkib. Qol.Az-ın məlumatına görə, "EA Sports"a danışan argentinalı futbolçu əzəli rəqibi Kriştiano Ronaldo ilə yarışmadığını bildirib: "Mübarizəni sevən bir insanam. Vurduğum qollar bu günədək qazandıqlarımın haqqını vermək üçündür. Mən Ronaldo ilə yarışmıram. Yeganə məqsədim "Barselona" və Argentina millisi üçün əlimdən gələni etməkdir. Artıq istədiyim hər şeyə sahibəm. Çempionlar Liqasında hər şey mübarizədən keçir. Orası rəqibinə əsl meydan oxuma yeridir". Qeyd edək ki, Messi sonda "Qızıl top" mükafatını özü ilə yanaşı, "Barselona"dan olan komanda yoldaşlarından birinin qazanmasını istədiyini bildirib.

"Barselona"nın hücumçusu Lionel Messi sabiq baş məşqçisi Xosep Qvardiola haqda xoş sözlər deyib. O, Pepin bundan sonrakı karyerasında da uğurlar əldə edəcəyinə inandığını söyləyib. "Harada işləməsindən asılı olmayaraq, Qvardiola uğur qazanacaq. O, dünyanın ən yaxşı məşqçisidir", – deyə Messi vurğulayıb.

Sizin Reklam Yeriniz