news Image
2012.04.19
17:48
| A A A
Samuel Eto'O

Rusiyanın "Anji" klubunun futbolçusu Samuel Eto'O İtaliya "İnter"inə qayıtmaq niyyətindədir.  Qol.Az-ın məlumatına görə, bu barədə "Corriere dello Sport" nəşri xəbər yayıb. Məlumatda bildirilir ki, kamerunlu hücumçu "Anji" rəhbərliyini razı salaraq komandanı problemsiz tərk etmək istəyir. Rusiyadakı həyatından və ölkə çempionatındakı oyunların səviyyəsindən məyus olan Eto`O Mahaçqala klubundan mümkün qədər tez ayrılmaq fikrindədir. Qeyd edək ki, bir müddət öncə Samuel Eto'O "Anji"də daha 6 il oynadıqdan sonra karyerasını başa vuracağını açıqlamışdı.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs