news Image
2016.05.02
12:00
| A A A
Parisdə futbol üzrə Avropa Çempionatının finalını görmək şansını Samsung-la əldə et!

Samsung Electronics şirkətinin Azərbaycan nümayəndəliyi misilsiz kampaniyaya start verdi! 2016-cı ilaprelin 30-dan mayın 21-dək Baku Electronics şəbəkəsinə aid mağazaların hər hansı birində Samsung UHD/SUHD televizoru aldıqda siz avtomatik olaraq Parisin Sen-Deni stadionunda keçiriləcək 2016-cı il futbol üzrə Avropa Çempionatının final oyununa bilet qazanmaq imkanı əldə edəcəksiniz!İyul ayının 10-da keçiriləcək final oyununa biletlə yanaşı Samsung müsabiqənin qaliblərinə həm də təyyarə bileti və mehmanxanada iki gün ərzində qalmaq haqqını təqdim edəcək.Samsung UHD/SUHD televizorun ualdıqda sizə xüsusi konkurs iştirakçısı kuponu təqdim olunacaq. Bu kuponsizə may ayının 22-də "Qarabağ" futbol klubunun qapıçısı FərhadVəliyevin qoruyacağı qapıya penalti atışı vurmaq imkanı verəcək. Yarışın hər iştirakçısı Fərhad Vəliyevin qapısından qol keçirmək üçün 5 fürsət əldə edəcək. Bu fürsətlərdən yararlanıb qapıdan ən çox qol keçirən 3 iştirakçı turnirin qalibi olacaq. Beləliklə, yarışın qalibləri təsadüfi lotereya faktoru ilə deyil, futbol sevgisi və idmançı məharəti əsasında seçiləcəklər. Məhz həmin gün məxsusi olaraq dəvət olunmuş Azərbaycan futbolunun ulduzu namizədlərə xüsusi mini-treninq keçirəcək. Treninq əsnasında oyunqabağı isinmə hərəkətlərinin necə edildiyi, qol vurma texnikası haqqında və s. məlumatlar veriləcək.Amma hər halda, siz elə bir əla televizora sahib olacaqsınız ki, onun ekranında idman yarışmalarının ləzzətini sanki stadionda olduğunuz kimi çıxara biləcəksiniz. Çünki qövsvari ekranlı Samsung UHD və SUHD premium televizor seriyalarında görünüş keyfiyyəti ən yüksək səviyyədə təmin olunur. Belə ki, UHD çözümlülüyü populyar Full HD-ni tam 4 qat üstələyir və ən kiçik detalları görmək imkanı yaradır. Görünüş emal prosessoru SUHD Remastering Engine isə, videosiqnal hətta aşağı keyfiyyətli olsa belə, demək olar ki, istənilən məzmuna UHD keyfiyyətində baxmaq imkanı yaradır.Rəng əksetdirmənin daha dəqiq təmin olunması üçün televizorlarda Nano Crystal Color texnologiyası, görünüşlərin daha yüksək dəqiqliyi üçün Peak Illuminator və Precision Black intellektual işıqlandırma, habelə Samsung UHD Dimming texnologiyası, görünüşün daha həcmli və realistik olması üçün isə Auto Depth Enhancer avtomatik kəskinlik tənzimləmə texnologiyasından istifadə olunub. Yeni Samsung Smart TV – Tizen əməliyyat sistemi sürətli naviqasiya ilə filmləri, serialları, tətbiqləri, proqramları, o cümlədən, idman proqramlarını, eləcə də istənilən başqa məzmunları rahat şəkildə əldə etmək imkanı yaradır.Konkursun qaydalarına görə, müsabiqədə ölkədən xaricə maneəsiz səfər edə biləcək yaşa çatmış Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Konkurs təşkilatçıları, müsabiqə qalibinin viza müraciətinə mənfi cavab verildiyinə görə heç bir məsuliyyət daşımırlar.Samsung Electronics şirkəti idmanın və sağlam həyat tərzinin populyarlaşdırılmasına həsr olunmuş layihələrə xüsusi diqqət yetirir. Samsung, o cümlədən, Azərbaycanda da idmanın inkişafına böyük önəm verir. Konkursun tərəfdaşı qismində məhz "Qarabağ" futbol klubunun seçilməsi isə bir daha Samsung şirkətinin Azərbaycan vətəndaşlarının vətənpərvər hisslərinə qarşı diqqət və həyəcanla yanaşan xalq brendi olmaq strategiyasını təsdiqləyir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs