Əlaqə Arxiv
news Image
2016.05.03
11:30
| A A A
Avropa çempionatının daha 3 iştirakçısı Azərbaycanda

Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının iştirakçıları Bakıya gəlməkdə davam edir.


Movqe.az goal.az-a istinadən xəbər verir ki, gecə saatlarında Hollandiya, Portuqaliya, Bosniya və Herseqovina yığmalarının yer aldığı təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.


Bununla da Bakıya gəlmiş yığmaların sayı 12-yə çatıb. Daha öncə Ukrayna, İngiltərə, Fransa, Almaniya, Belçika, Şotlandiya, İsveç, Avstriya, Danimarka paytaxta gəlib.


Digər 3 komanda - Serbiya, İtaliya və İspaniya da mayın 3-də Bakıda olacaq.


Qeyd edək ki, Avropa çempionatı 5 - 21 may tarixlərində keçiriləcək.

Sizin Reklam Yeriniz