Əlaqə Arxiv
news Image
2016.05.04
12:07
| A A A
Bu gün Azərbaycan Kubokunun finalçıları müəyyənləşəcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.


Movqe.az goal.az-a istinadən  xəbər verir ki, qarşılaşmalardan biri Masazırda, digəri isə Qəbələdə baş tutacaq.


İlk olaraq "Qəbələ" Bakının "Neftçi" klubunu qəbul edəcək. Paytaxtda keçirilmiş ilk oyunda 1:1 hesabı qeydə alındığından, meydan sahiblərinə qələbədən əlavə qolsuz bərabərlik də sərf edir. "Ağ-qaralar" isə finala yüksəlmək üçün səfərdən ya qələbə, ya da ən azından 2:2 hesablı bərabərliklə dönməlidirlər. 


Bakının "İnter" klubu isə səfərdə "Qarabağ"la qarşılaşacaq. Ramil Diniyevin idarə edəcəyi oyun Abşeron rayonunun Masazır qəsəbəsindəki "Əlincə Arena"da keçiriləcək. Demək olar ki, Premyer Liqada çempionluğu təmin etmiş Qurban Qurbanovun rəhbərlik etdiyi komanda finala yüksələcək. "Qarabağ" ilk oyunda rəqib qapısından 4 cavabsız top keçirib. 


Azərbaycan Kuboku


Yarımfinal mərhələsi, cavab oyunları



16:00. "Qəbələ" – "Neftçi"


Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə


AFFA nümayəndəsi: Elbrus Abbasov


Hakim-inspektor: Əli Hüseynov


Qəbələ şəhər stadionu (CBC Sport)


19:00. "Qarabağ" – "İnter"


Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Rövşən Rəcəbov


AFFA nümayəndəsi: Ramiz Abdullayev


Hakim-inspektor: Şahin Cəfərov


"Əlincə Arena" (CBC Sport)


Qeyd edək ki, final oyunu mayın 25-də keçiriləcək.

Sizin Reklam Yeriniz