Əlaqə Arxiv
news Image
2016.05.06
14:15
| A A A
Bakıdakı Avropa çempionatında azarkeş rekordu

17 yaşadək futbolçular arasında Bakıda keçirilən Avropa çempionatında yeni rekord qeydə alınıb.


Movqe.az goal.az-a istinadən  xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilmiş A qrupunun Azərbaycan – Portuqaliya matçını 33 min azarkeş izləyib.


İndiyə qədər turnirdə ən çox azarkeş 2009-cu ildə Almaniyanın Maqdeburq şəhərində Almaniya və Hollandiya yığma komandaları arasında keçirilmiş final oyununda qeydə alınıb. Həmin matça 24 min azarkeş tamaşa edib.


Qeyd edək ki, Bakıdakı Avropa çempionatına Azərbaycan millisi böyük hesablı məğlubiyyətlə başlayıb - 0:5. 

Sizin Reklam Yeriniz