Əlaqə Arxiv
news Image
2016.05.09
19:30
| A A A
"Milan"dan getmək mənim seçimim deyildi"

PSG-nin təcrübəli hücumçusu Zlatan İbrahimoviç 2010-2012-ci illərdə şərəfini qoruduğu "Milan"a qarşı xoş hisslər bəslədiyini bildirib. Movqe.az goal.az-a isinadən xəbər verir ki, 34 yaşlı isveçli ulduz gələcəyilə bağlı qərarını yaxın vaxtlarda açıqlayacağını qeyd edib."Milan"dan getməyim mənim seçimim deyildi. Özüm bunu istəmirdim. "Milan"ı sevirəm və bu komandanı indiyə qədər çıxış etdiyim ən yaxşı komanda hesab edirəm. Amma bunlar artlq keçmişdə qalıb. Gələcəyimin necə olacağını düşünmək lazımdır. Tezliklə siz də biləcəksiniz. Bundan sonra bütün şübhələrə son qoyulacaq. PSG-də son oyunum? Bu məsələ təkcə məndən asılı deyil. Əsas odur ki, hələ futbol oynamaq istəyirəm. Harda oynayacam, buna baxarıq".

Sizin Reklam Yeriniz