news Image
2016.05.09
20:30
| A A A
Premyer Liqanın 33-cü turunda iki ilk

Azərbaycan Premyer Liqasının 33-cü turu iki ilklə əlamətdar olub. Çempionat tarixində ilk dəfə oyunlardan biri "Əlincə Arena"da keçirilib. Masazırdakı stadion cari mövsümdə Premyer Liqa matçını qəbul edib. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, "Neftçi" – AZAL matçının (3:1) qarşılaşmasının keçirildiyi arena bu mövsüm çempionatda istifadə olunan 13-cü stadiondur. 33 turun 165 matçında daha çox qarşılaşma "İnter Arena"da keçirilib – 19. Qəbələ şəhər stadionu, "Xəzər Lənkəran" mərkəzi stadionu və "Bayıl Arena"nın hərəsi 17, Zirə idman Kompleksi, Gəncə şəhər stadionu hərəsi 16, "Kapital Bank Arena" 15 matçı qəbul edib. "Bakcell Arena" və "AZAL Arena" hərəyə 14, "Azərsun Arena" 13 matça ev sahibliyi edibsə, "Dalğa Arena"da 4, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda 2, "Əlincə Arena"da 1 qarşılaşma baş tutub."Qarabağ"ın "Sumqayıt"la görüşünü (1:0) idarə edən Rövşən Rəcəbov da Premyer Liqada debüt edib. Karyerasında ilk belə matça çıxan gənc ədalət təmsilçisi cari mövsüm çempionat oyunu idarə edən 11-ci hakimdir. Əvvəlki 32 turda yalnız 10 referiyə Topaz Premyer Liqasının matçı həvalə edilmişdi. 165 görüşdə Rəhim Həsənov hamıdan çox – 24 oyun idarə edib. Ömər Paşayev 21, Əliyar Ağayev 20, Fariz Yusifovla Rauf Cabbarov hərəyə 17, Orxan Məmmədov 16, Ramil Diniyev 14, Elvin Əsgərov 13, Rəvan Həmzəzadə 12, İnqilab Məmmədov 10, Rövşən Rəcəbov 1 matçın baş hakimi olub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs