Əlaqə Arxiv
news Image
2016.05.10
11:25
| A A A
Gimnastımız Fransada 6 medal qazandı

Fransanın Korbey-Esson şəhərində "Souvenir Véronique DE KRISTOFFY" adlı beynəlxalq turnir keçirilib.


Movqe.az goal.az-a istinadən  xəbər verir ki, Marina Durunda bu yarışlarda bir dəfəyə 5 gümüş medal qazanıb (çoxnövçülük, halqa, top, gürzlər və lent). 6-cı gümüş medalı Marina komanda hesabında komanda yoldaşları Gülsüm Şəfizadə və gənclər proqramı ilə çıxış edən İlahə Məmmədova ilə birlikdə qazanıb. Fərdi çoxnövçülükdə isə, Gülsüm və İlahə müvafiq olaraq, 11-ci və 8-ci yerlərdə qərarlaşıblar.


Həmçinin gümüş medala eyni vaxtda Brnoda (Çexiya) keçirilən gənclər arasında "Tart Cup" adlı beynəlxalq turnirdə iplə final hərəkətlərdə gimnast Veronika Qudis layiq görülüb.

Sizin Reklam Yeriniz