Əlaqə Arxiv
news Image
2016.05.10
15:24
| A A A
​AFFA "Qəbələ"ni cəzalandırdı

AFFA-nın İntizam Komitəsi "Qəbələ" klubunu 4000 manat cərimələyib.Movqe.az goal.az-a istinadən xəbər verir ki, klub "Neftçi" ilə Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab görüşündə komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat, oyunun 113-cü dəqiqəsində meydana kənar əşya atıldığı üçün 2000 manat ziyana düşüb. Daha 1000 manat cərimə isə Azərbaycan Premyer Liqasının XXXIII turunda "qırmızı-qaralar"ın "Zirə" ilə səfər oyununda 6 futbolçusunun "sarı" alması səbəbindən verilib.Kubok qarşılaşmasında "Neftçi" də 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat ödəyəcək.

Sizin Reklam Yeriniz