Əlaqə Arxiv
news Image
2016.05.10
16:15
| A A A
Naxçıvanda “Azərbaycan kəməri” uğrunda kikboks turniri keçiriləcək

Naxçıvanda Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboks turniri keçiriləcək.Movqe.az goal.az-a istinadən xəbər verir ki, mayın 14-də saat 17:00-da Şərur Rayon Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-ci ildönümünə həsr olunmuş kikboksinq üzrə "Azərbaycan kəməri" uğrunda peşəkarlar arasında ikinci turnir keçiriləcək. Turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Kikboksinq Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.


Bu barədə məlumat verən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Naxçıvanda belə turnirlərin ənənəvi hal aldığını qeyd edib. "Federasiya olaraq ölkənin idman həyatında fəal olmağa çalışırıq. Bu günə qədər bir sıra bölgələrdə peşəkar yarışlar keçirtmişik. Hədəfimiz güclü və dövlətçiliyinə sadiq gənclərin dünya idman arenalarında ölkəmizi layiqincə təmsil etmələridir. Keçən il Naxçıvanda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirimiz keçirildi. Bu tədbirlərimiz Azərbaycanda idmanın inkişafı ilə yanaşı, cəmiyyətdə milli ruhun və vətənpərvərlik hislərinin yayılmasına xidmət edir".


Məlumat üçün qeyd edək ki, yarışın qalibləri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Kikboksinq Federasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinın diplom və "Azərbaycan kəməri" ilə təltif olunacaqlar.

Sizin Reklam Yeriniz