news Image
2016.05.15
13:30
| A A A
"Barselona" klubu tarixində 24-cü dəfə İspaniya çempionu olub
Luis Suares aktivində 40 qolla La Liqanın ən yaxşı bombardiri sayılıb

İspaniyanın "Barselona" klubu tarixində 24-cü dəfə İspaniya çempionu olub.Movqe.az-ın məlumatına görə, Kataloniya təmsilçisi buna La Liqanın son turunda nail olub.

Səfərdə "Qranada" ilə qarşılaşan "Barsa" 3:0 hesablı qələbə qazanıb. Hər 3 qolun müəllifi Luis Suares olub.

Uruqvaylı hücumçu 22, 38 və 86-cı dəqiqələrdə fərqlənərək, aktivindəki qolların sayını 40-a çatdırıb və La Liqanın ən yaxşı bombardiri sayılıb.

"Barselona" çempionluğu 91 xalla əldə edib. Gümüş medala səfərdə "Deportivo"nu 2:0 hesabı ilə yenən və çempiondan 1 xal geri qalan "Real Madrid" yiyələnib. Bu oyunda qolları 7 və 25-ci dəqiqələrdə Kriştianu Ronaldu vurub.

Bürünc medala isə "Selta" ilə ev oyununun nəticəsindən asılı olmayaraq, "Atletiko" sahib çıxıb. Hazırda Dieqo Simeonenin komandasının aktivində 85 xal var.

Qeyd edək ki, çempion ola bilməyən Madrid komandalarının Çempionlar Liqasını qazanmaq şansları var. "Atletiko" ilə "Real Madrid" mayın 28-də Avropanın ən nüfuzlu klub turnirinin finalında üz-üzə gələcəklər.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs