news Image
2016.05.16
16:22
| A A A
Premyer Liqada son turun oyunlarının vaxtı dəyişdirildi

Azərbaycan Premyer Liqasının sonuncu – 36-cı turunun oyun cədvəlində dəyişiklik edilib.Movqe.az goal.az-a istinadən xəbər verir ki, turun görüşləri əvvəlcədən nəzərdə tutulduğu kimi 21 mayda deyil, bundan bir gün öncə reallaşacaq. Buna səbəb  yarışı mükafatçılar sırasında bitirmiş komandalara medalların təqdim olunacağıdır. Eyni zamanda, 21 mayda  17 yaşlı futbolçulardan ibarət milli komandalar arasında Bakıda keçirilən Avropa çempionatının final görüşü baş tutacağından Premyer Liqa görüşlərinin vaxtının dəyişdirilməsi məqsədəuyğun hesab olunub

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs