news Image
2016.05.17
16:50
| A A A
Bakı Şahmat Olimpiadasının ilk ulduz səfirləri məlum oldu

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi 42-ci Ümumdünya Şahmat Olimpiadasının ilk ulduz səfirlərinin adlarını açıqlayıb.


Movqe.az goal.az-a istinadən bildirir ki, Əməliyyat Komitəsinin mətbuat xidmətindən  verilən məlumata görə, "Bu şəhərdə" teatrının baş prodüseri və rəhbəri Müşviq Abbasov, aktyorları Coşqun Rəhimov və Rafael İsgəndərov sentyabr ayında Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının ulduz səfirləri seçiliblər.


Əməliyyat Komitəsinə təşəkkür edən ulduz səfirlər etimadı doğrultmağa çalışacaqlarını bildiriblər.


Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və ayın 14-də başa çatacaq. Yarış "Crystal Hall"da keçiriləcək və olimpiada günlərində paytaxtda FİDE konqresinin növbəti iclası olacaq. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs