news Image
2016.05.19
16:15
| A A A
"Barcelona" prezidenti kubok finalını boykot edə bilər

"Barcelona"nın prezidenti Xosep Bartomeu başda olmaqla klub rəhbərliyi İspaniya Kubokunun finalını stadiondan izləməyə bilər. İspaniya Futbol Federasiyası azarkeşlərin mayın 21-də baş tutacaq finala Kataloniya bayraqları ilə gəlməsini qadağan edib.


Movqe.az goal.az-a istinadən xəbər verir ki, "Barca"nın vitse-prezidenti Karles Villarubi həmin qərara etiraz olaraq rəhbərliyin final matçını boykot etmək ehtimalını dəyərləndirib.


"Barcelona" bunu azarkeşlərə katalon bayraqlarından istifadənin qadağan olunmasına etiraz olaraq edə bilər. Amma futbolçular "Vicente Calderon"a gedəcək və qalib gəlməyə çalışacaq. Komandanın meydana çıxmamağı qeyri-adi bir hadisə olardı. Lakin bu mövzu idman aspektindən neqativ görsənərdi. "Barcelona" qalib gəlmək istəyir. Başqa iş instutsional məsələdir. Bu yöndən tədbirlər görmək lazım gəlsə, bunu edəcəm".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs