Əlaqə Arxiv
news Image
2016.05.21
18:30
| A A A
Rusiya çempionu müəyyənləşdi

CSKA futbol klubu 6-cı dəfə Rusiya çempionu titulunu qazanıb.


Movqe.az goal.az-a istinadən xəbər verir ki, "hərbçilər" buna sonuncu turda nail olub. 


Səfərdə Kazanın "Rubin" klubunu 1:0 hesabı ilə məğlub edən Moskva təmsilçisi bu qələbədən sonra xallarını 65-ə yüksəldən CSKA ən yaxın rəqibi "Rostov"u 2 xal üstələyib. Bununla belə, hər iki komanda Rusiyanı gələn mövsüm Çempionlar Liqasında təmsil edəcək. 


Moskva "Dinamo"su(25 xal) isə tarixində ilk dəfə Premyer Liqanı tərk edib. I Diviziona 24 xalı olan "Mordoviya" da düşüb. 

Sizin Reklam Yeriniz