Əlaqə Arxiv
news Image
2016.05.23
11:15
| A A A
Everesti fəth edən alpinistlər orada dünyalarını dəyişiblər

Niderland və Avstraliya vətəndaşları dünyanın ən hündür dağı olan Everestdən aşağı enərkən ehtimal ki, yüksəklik xəstəliyindən dünyalarını dəyişiblər.


Movqe.az goal.az-a  istinadən xəbər verir ki, 35 yaşlı Niderland vətəndaşı Erik Arnoldun kifayət qədər oksigen ehtiyatı olub və onu yoldaşları müşayiət ediblər.


Lakin Arnold zəiflədiyindən şikayət edib və cümə günü axşam yüksəkliyin daha aşağı hissəsinə enmək fürsəti tapmadan "South Col" döngəsi yaxınlığında vəfat edib.


Avstraliyalı Mariya Stridomda da, şənbə günü axşam ölməmişdən qabaq yüksəklik xəstəliyi əlamətləri müşahidə olunub.


Agentliyin məlumatına görə, bunlar 2016-cı ilə sözügedən yüksəklikdə qeydə alınan ilk ölüm hallarıdır

Sizin Reklam Yeriniz