Əlaqə Arxiv
news Image
2016.05.23
13:15
| A A A
Yeniyetmə güləşçilər arasında Azərbaycan birinciliyi keçiriləcək

25-27 may 2016-cı il tarixdə Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi keçiriləcək.


Movqe.az goal.az-a istinadən xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.


Yarış Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyacaq. Yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1999-2000-ci il təvəllüdlü idmançılar iştirak edəcək.


Hər gün səhər saat 10:00-da başlayacaq yarışların təntənəli açılış marasimi mayın 25-də saat 17:00-da baş tutacaq. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb olunacaq.

Sizin Reklam Yeriniz