news Image
2016.05.24
13:30
| A A A
"Qəbələ"də gözlənilməz ayrılıq

"Qəbələ"dən ayrılan daha bir futbolçunun adına aydınlıq gəlib. Movqe.az goal.az-a istinadən xəbər verir ki, ukraynalı yarımmüdafiəçi Aleksey Qay əyalət klubunu tərk edib. 

Bu barədə futbolçu özü məlumat verib. O bildirib ki, dəyişiklik zamanıdır və karyerasını başqa komandada davam etdirəcək: "Artıq dəyişiklik zamanıdır. "Qəbələ"dən özüm ayrılmaq istədim. Ona görə də hazırda vətənimdəyəm. Karyeramı başqa komandada davam etdirəcəm".


Qay Azərbaycandakı karyerasını uğurlu adlandırıb: "Azərbaycanda karyeram uğurlu alındı. "Qəbələ" ilə Avropa Liqasının qrup mərhələsində oynadıq. Çempionatda bürünc medal qazandıq. Hər şey məni qane edirdi".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs