news Image
2016.05.27
12:52
| A A A
Millimizin futbolçusuna Superliqa klubundan təklif

Azərbaycan milli komandasının futbolçusu Ufuk Budak klubunu dəyişə bilər.


Movqe.az goal.az-a istinadən xəbər verir ki, hazırda Türkiyə PTT I Liqasında mübarizə aparan "Qaziantep BB" klubunun formasını geyinən futbolçu yeni mövsümdən başqa komandanın heyətində peydə ola bilər. 


Ufukun xidmətində Türkiyə Super Liqasında mübarizə aparan "Kayserispor" klubu maraqlıdır. 26 yaşlı müdafiəçinin Kayseri təmsilçisinə keçidi real görünür. Çünki hazırda "Kayserispor"u çalışdıran Hakan Kutlu ötən mövsüm Ufukun komandasının baş məşqçisi olub. 44 yaşlı çalışdırıcı sabiq futbolçusunu yenidən rəhbərliyi altında görmək istəyir.


 Azərbaycan milli komandası ilə birgə Avstriyada təlim-məşq toplanışında olan futbolçunun Türkiyəyə qayıtdıqdan sonra "Kayserispor" barədə qərar verəcəyi gözlənilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs