Əlaqə Arxiv
news Image
2016.05.27
14:15
| A A A
"Xəzər Lənkəran"ın taleyinə aydınlıq gətirəcək iclasın tarixi açıqlandı

"Xəzər Lənkəran" futbol klubunun taleyinə mayın 30-da aydınlıq gələcək.


Movqe.az goal.az-a istinadən  xəbər verir ki, bazar ertəsi keçiriləcək daxili toplantıda komandanın gələcək fəaliyyəti müzakirə olunacaq. 


2015-2016 mövsümünün yekunlarına əsasən, "ağ-yaşıllar"ın Azərbaycan Premyer Liqasında 10 komanda arasında sonuncu yeri tutublar. Reqlamentə əsasən, bu halda klub növbəti mövsüm I Divizionda mübarizə aparmalıdır. Üstəlik, AFFA Lisenziya Komissiyası "Xəzər Lənkəran"a Premyer Liqada iştirak üçün lisenziya verməyib. Klub sənədlərindəki çatışmazlıqları mayın 30-dək aradan qaldırmalıdır. 


Klubdan bildirilib ki, iclasda komandanın Premyer Liqada iştirak üçün lisenziya sənədlərini AFFA-ya təqdim etmə və ya fəaliyyətini dayandırma qərarını verəcəyi gözlənilir

Sizin Reklam Yeriniz