news Image
2016.05.29
12:15
| A A A
Millimiz tarixində qalib gələ bilmədiyi rəqibə qarşı

Movqe.az goal.az-a istinadla bildirir ki, Avstriyada təlim-məşq toplanışında olan milli komandamız bu gün ikinci yoldaşlıq görüşünü keçirəcək. Robert Prosineçkinin rəhbərlik etdiyi komanda Makedoniya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Komandamız Avstriyadakı ilk yoxlama oyununda Malta ilə heç-heçə edib.

Qeyd edək ki, millimiz tarixində 6 dəfə Balkan təmsilçisi ilə qarşılaşıb. 2000 DÇ seçmə mərhələsində eyni qrupda mübarizə aparan tərəflər Bakıda heç-heçəyə (1:1) razılaşmışdı. Skopyedə isə meydan sahibləri 3 cavabsız qolla qalib gəlmişdi. Azərbaycanın bu rəqiblə sonuncu görüşü 5 il öncə baş tutub. Avqustun 10-da keçirilmiş oyunda Makedoniya minimal hesabla üstün olmuşdu. Başqa sözlə, millimiz indiyə kimi Makedoniyanı məğlub edə bilməyib. 

29 may

Beynəlxalq yoldaşlıq görüşü

19:00. Azərbaycan - Makedoniya

Baş hakim: Markus Humeter (Avstriya)

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs