Əlaqə Arxiv
news Image
2016.05.31
16:00
| A A A
Azərbaycanlı kikboksçu qələbəsini 28 May Respublika Gününə həsr edib

Azərbaycanlı kikboksçu Xəyal Əhmədov (81 kq) mayın 28-də Hollandiyanın Eindhoven şəhərində keçirilən K-1 versiyası üzrə beynəlxalq turnirdə uğurlu qələbə qazanıb.

 

Movqe.az-ın məlumatına görə, beynəlxalq turnirin təşkilatçısı "A1 World Combat Cup"dır.

 

İdmançımız polyak əsilli kikboksçu üzərinə parlaq qələbə qazanıb. Xəyal Əhmədov bildirib ki, həmin gün onun üçün məsuliyyətli gün idi: "Hamımız bilir ki, 28 May xalqımız üçün önəmli gün idi. Qələbə həyəcanı ilə döyüşürdüm.  Qələbəmi Respublika gününə həsr edirəm. Vətənimlə qürur duyuram. Bu gün hər bir idmançı bilir ki,onun arxasında güclü Azərbaycan dövləti var. Ölkə rəhbərliyi öz idmana öz dəstəyini daima göstərir.

Şəxsən AKF prezidenti, millət vəkili Adil Əliyevə və ölkə mediasına, bütün dostlarıma öz dərin təşəkkürümü bildirirəm ki, öz mənəvi dəstəklərini əsirgəmədilər."

 

Qeyd edək ki, X.Əhmədov Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, peşəkar kikboksçudur.

Sizin Reklam Yeriniz