news Image
2016.06.01
13:30
| A A A
Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.


Movqe.az goal.az-a istinadən  xəbər verir ki, bu növdə sonuncu lisenziya yarışı "Sərhədçi" İdman Olimpiya Mərkəzində təşkil olunacaq.


Bu turnirdə yalnız kişi boksçular iştirak edəcək. Artıq yarışda çıxış edəcək boksçularımızın adı məlumdur. Rüfət Hüseynov (49 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (81 kq) doğma rinqdə Olimpiadaya lisenziya qazanmağa çalışacaq. Ancaq Rüfətin işi daha çətin olacaq. Çünki ən yüngül çəkidə yalnız finalçılar Olimpiya Oyunlarına vəsiqə əldə edəcək. 75 və 81 kq-da isə ilk "5-lik"də yer alanlar Rio-2016-da iştirak edəcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs