Əlaqə Arxiv
news Image
2016.06.01
16:05
| A A A
Səbuhi Rəcəb:”Qarşıda bir sıra layihələrlə idman ictimaiyyətini sevindirməyi planlaşdırırıq”

Kikboksinq idman növünün inkişafında göstərdiyi xidmətlərə görə, Azərbaycan Kikboksinq Federasiyasının peşəkarlar üzrə vitse-prezidenti Səbuhi Rəcəb Azərbaycan Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyev tərəfindən "Fəxri Diplom"u ilə mükafatlandırılıb.

Səbuhi Rəcəb federasiyada gedən ümumi işlərlə bağlı fikirlərini bölüşüb:

"Federasiyanın rəhbər heyətində olmağımla qürur duyuram. Federasiyada güclü birlik və həmrəylik var. Bu, faktor gücümüzə güc qatır. Artıq kikboks zallarının ziyarət edib və bir-bir görüşlərimi keçirirəm. Fərdi şəkildə məşqçi və idmançılarla ünsiyyət qururam."

AKF prezidenti, millət vəkili Adil müəllimə öz təşəkkürümü bildirirəm ki, federasiyada gedən inkişafa təkan verir. Qarşıda bir sıra layihələrlə idman ictimaiyyətini sevindirməyi planlaşdırırıq."

Sizin Reklam Yeriniz