Cudoçularımız Almaniyadan birbaşa Brazilyaya yollanacaqlar
Olimpiadaya 6 lisenziya qazanan cüdo üzrə yığmamızın Olimpiadaya hazırlığının müəyyən hissəsi müəyyənləşib.
Movqe.az goal.az-a istinadən xəbər verir ki, bir neçə təlim-məşq toplanışı planlaşdıran millimizin son hazırlığı Almaniyada baş tutacaq. İyulun 15-dən 25-dək bu ölkədə toplanış keçəcək Peter Zayzenbaherin komandası oradan birbaşa Rio de Janeyroya yollanacaq. Cüdoçular mühitə uyğunlaşmaq üçün Olimpiadanın startına 10 gün qalmış Braziliyaya gedəcək.