Əlaqə Arxiv
news Image
2016.06.03
15:43
| A A A
Pepe: "Benitezin sadəcə bəxti gətirmədi"

"Real Madrid"in müdafiəçisi Pepe komandanın sabiq çalışdırıcısı Rafa Benitezi haqqında fikirlərini bölüşüb. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, təcrübəli oyunçu ondan narazı qalmadığını vurğulayıb.


"Mən həmişə səmimi olmuşam. Benitezin işini, həqiqətən, bəyənirdim. Onun sadəcə bəxti gətirmədi. Benitez peşəkar mütəxəsisdir. İşin bəhrəsini görmək üçün müəyyən qədər şans da lazımdır. Rafa mənimlə dürüst davrandı və dedi ki, məni əsas heyətdə görmür. Ondan xahiş etdim ki, mənə oynamaq imkanı versin. Zidan baş məşqçi təyin olunanda kapitanlarla görüş keçirdi. Mən, Ramos, Ronaldo və Marselo ilə danışdı. Zidan imkan verdi ki, nəticələrə görə məsuliyyət daşıyaq".

Sizin Reklam Yeriniz