Əlaqə Arxiv
news Image
2016.06.04
22:30
| A A A
Platini Fransa Futbol Federasiyasının dəvətini qəbul etmədi

UEFA-nın eks prezidenti Mişel Platini AVRO-2016-nın oyunlarını stadiondan izləməyəcək.  Movqe.az goal.az-a istinadən  istinadən xəbər verir ki, fransalı funksioner FİFA-nın Etika komitəsi ilə arasında növbəti konfliktin yaranmasından ehtiyat edir. Bu səbəbdən Platini Fransa Futbol Federasiyasının (FFF) dəvətinə mənfi cavab verib. Platini Etika Komitəsi tərəfindən 8 il müddətinə futboldan kənarlaşdırlsa da, bu cəza son nəticədə 4 ilə endirildi. Sənədlərdə onun stadiona getməməsi haqqında konkret maddə yoxdur. Platiniyə futbol haqqında danışmaq və bu idmanla məşğul olmaq qadağan edilib.Qeyd edək ki, UEFA-nın yeni prezidenti 14 sentyabr tarixində, Afinada seçiləcək. Bu vəzifəni müvəqqəti olaraq İspaniya Futbol Federasiyasının prezidenti Anhel Maria Vilyar icra edir.

Sizin Reklam Yeriniz