Əlaqə Arxiv
news Image
2016.06.04
23:00
| A A A
Ançelotti: "Pirlo fərqli oyun tempinə alışıb"

"Bavariya"nın baş məşqçisi Karlo Ançelotti Pirlonun hansı səbəbə İtaliya millisinə dəvət almadığına münasibət bildirib. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, təcrübəli mütəxəsis Pirlonun "mavi eskadra"nın oyun tempi ilə ayaqlaşa bilməyəcəyini əsas gətirib."İndi İtaliya millisində optimal oyun sxemi tapmaq olduqca vacibdir. Çünki Antonio Kontenin sərəncamında ulduz futbolçular azdır. Digər tərəfdən, Markizio və Verratti zədə səbəbindən AVRO-2016-dan kənarda qalacaq. Konte intensiv futbol istəyir. Bu səbəbdən Andrea Pirlonu milliyə çağırmadı. Pirlonu çox bəyənirəm, istedadlı futbolçudur. Amma Andrea MLS-də çıxış edir və fərqli oyun ritminə alışıb. Onun artıq 37 yaşı var. Konte buna görə Pirlonu turnirə aparmadı".

Sizin Reklam Yeriniz