Əlaqə Arxiv
news Image
2016.06.05
14:30
| A A A
Məhəmməd Əli iyunun 10-da dəfn olunacaq

Fenomen boksçu Məhəmməd Əli ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində iyunun 10-da dəfn olunacaq.

Movqe.az-ın  RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu boksçunun ailəsinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, dəfn mərasimi boksçu ilə vidalaşmaq istəyən hər bir kəs üçün açıq olacaq.

Məhəmməd Əli 74 yaşında Finiks (ABŞ) xəstəxanalarının birində cümə günü dünyasını dəyişib. Boksçu orada son bir neçə gününü ağciyərində yaranan problemə görə keçirmişdi. İdmançı 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Sizin Reklam Yeriniz